Prime Motors

Arzuladığınız avtomobili bizimlə reallaşdırın!

"Prime Motors MMC" - ABŞ hərraclarından yeni və ikinci əl avtomobillərin alınmasını və Azərbaycana çatdırılmasını təşkil edən 5 ildən çox təcrübəyə malik ixtisaslaşmış şirkətdir.

"Prime Motors MMC"

ABŞ hərraclarından yeni və ikinci əl avtomobillərin alınmasını və Azərbaycana çatdırılmasını təşkil edən 5 ildən çox təcrübəyə malik ixtisaslaşmış şirkətdir. Təcrübəli  və peşəkar mütəxəssislərimiz sizə arzusunda olduğunuz avtomobili tapmaqda və sığortalı şəkildə ölkəyə çatdırılmasında yaxından kömək edəcəkdir. Bizim əsas məqsədimiz müştərilərimizlə etibarlı əlaqə yaratmaq və şəffaf xidmət göstərməklə istədikləri avtomobillərə sahib olmalarını təşkil etməkdir.

Biz sizə nə vəd edirik

Geniş avtomobil seçimi

ABŞ-ın ən böyük hərrac saytları Copart, İAAİ və Manheimdən minlərlə yeni və ikinci əl avtomobil seçimi imkanı

Ekspertlər tərəfindən avtomobil axtarışı və alışı

Hərraclardan avtomobillərin peşəkar və təcrübəli mütəxəssislər tərəfindən tam şəffaf  yoxlanılaraq alınması

Uyğun qiymətə daşınma

Bir neçə logistika şirkəti ilə əməkdaşlığımız müştərilərimizə ən uyğun və sərfəli daşınma qiymətləri təklif etməyə imkan verir

Tam sığortalı çatdırılma

Avtomobilin ABŞ-dan Azərbaycana daşınması zamanı baş verəcək hadisələrə (zədələrə) qarşı tam  sığortalanması

Gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyatı

Avtomobilin təhvilindən sonra istəyə uyğun olaraq gömrük rəsmiləşdirilməsi və avtomobilin dövlət qeydiyyatının təşkili

Müştəri xidməti

Müştərilərlə daim əlaqə saxlayaraq onlara əməliyyatların gedişi barədə tam ətraflı məlumat vermək

Məşhur hərrac saytları

ABŞ-ın ən məşhur Copart, İAAİ  və Manheim hərracları alıcılara minlərlə avtomobil seçimi təqdim edir

Gömrük kalkulyatoru

Avtomobilin gömrük dəyəri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunu və “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” əsasında müəyyən edilir. Aşağıdakı linkə keçid edərək nəqliyyat vasitəsinin gömrük ödənişlərini (rüsumları) hesablaya bilərsiniz

Ən çox sifariş olunan avtomobil markaları

Tez-tez soruşulan suallar

Hərracdan avtomobil alışı prosesi necə olur?

  1. İlkin olaraq sifariş etdiyiniz avtomobil ekspertlərimiz tərəfindən hərraclardan axtarılıb tapılır. Avtomobil ətraflı yoxlanılıb rəy verildikdən sonra hərracda iştirak edilərək alınır  və sizə ödəniş üçün invoys təqdim olunur.

  1. Rəsmi invoys əsasında bank köçürməsi reallaşdıqdan və ABŞ-da yerləşən hərrac şirkəti ödənişi qəbul etdikdən sonra alınmış avtomobil daşıyıcı şirkət tərəfindən 3 gün ərzində hərrac məntəqəsindən götürülərək  gəmi vasitəsilə göndərilməsi üçün yaxınlıqdakı porta gətirilir.

  2. Avtomobil porta gətirildikdən sonra konteyner nömrəsi təyin olunur və 7-10 gün ərzində gəmiyə yüklənərək Gürcüstandakı Poti və Batumi limanına göndərilir.

  3. Gürcüstan limanına çatmış avtomobil 10-14 gün ərzində konteynerdən boşaldılaraq daşıyıcı tırlar vasitəsilə Azərbaycana göndərilir. Azərbaycan Gömrük Terminalına çatan avtomobil əməkdaşlarımız tərəfindən qəbul olunaraq sahibinə təhvil verilir.

Hərracdan alınmış avtomobilin ödənişi hansı formada olur?

Avtomobilin ödənişi rəsmi invoys əsasında bank köçürməsi yolu ilə həyata keçirilir. Heç bir halda nağd şəkildə ödəniş olunmur. Avtomobilin hərracda qazanılan dəyəri, hərrac yığımları (qazanılan dəyərə görə dəyişir) və daşınma haqqı avtomobili ABŞ-da hərracdan qəbul edib çatdırılmasını həyəta keçirəcək lojistik şirkətin hesabına köçürülür. Hərracdan qazanılan avtomobilin dəyəri sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz.


Avtomobil hərracdan alındıqdan sonra ödənişini gecikdirsəm nə olar?

Avtomobil hərracdan alındıqdan sonra 3 gün ərzində ödənişi köçürülməlidir. Ödənişin hər gecikən gününə görə  50$ cərimə məbləğin üzərinə əlavə olunur.  7 iş günü ərzində ödəniş olunmadığı təqdirdə isə hərrac şirkəti tərəfindən avtomobilin dəyərinin 10-15%-i və minimum 600 $ -1000 $ həcmində cərimə tətbiq olunur.

Avtomobilin ölkəyə çatma müddəti nə qədərdir?

Avtomobilin ABŞ-dan alındıqdan sonra Azərbaycan Respublikasına gəlib çatma müddəti avtomobilin alındığı ştata görə dəyişərək minimum 60, maksimum isə 120 günə qədər davam edə bilir. Misalçün: Texas, Florida, Georgia, New Jersey ştatlarından alınan avtomobillər 60-70 günə gəldiyi halda, California, Washington, Arizona kimi ştatlardan alınan avtomobilin gəlib çatma vaxtı 100-120 günə qədər davam edə bilir.

Yolda olan avtomobili izləmək mümkündürmü?

Bəli, mümkündür. Avtomobil hərrac məntəqəsindən götürülüb porta gətirildikdən sonra ona konteyner nömrəsi təyin olunur. Konteyner yüklənib gəmi yola düşdükdən sonra isə bu nömrə vasitəsilə konteynerin və gəminin mövcud vəziyyətini aşağıdakı vebsayta daxil olaraq izləyə bilərsiniz: www. searates.com

Avtomobilim daşınma zamanı sığortalanırmı?

Bəli, avtomobil hərracdan alındığı vaxtdan ölkəyə çatdırılana qədər tam şəkildə sığortalanır. Daşınma müddətində baş verəcək hər hansı zədələnmə (cızıq, əzik, batıq və s.) zamanı dəymiş ziyan  sığorta şirkəti tərəfindən tam olaraq kompensasiya olunur.

Gömrük rüsumunu özüm hesablaya bilərəmmi?

Bəli, aşağıdakı linkə keçid edərək Dövlət Gömrük Komitəsinin rəsmi vebsaytında avtomobilin məlumatlarını qeyd edərək gömrük ödənişlərini (rüsumları) hesablaya bilərsiniz.

https://e.customs.gov.az/for-individuals/calculator/auto

Bizə sorğu göndər

Əldə etmək istədiyiniz avtomobil haqqında ətraflı məlumatları qeyd edərək bizə sorğu göndərin, biz sizinlə əlaqə saxlayaq!

Bizimlə əlaqə

Bakı Ağ Şəhər Biznes Mərkəzi, 5-ci mərtəbə

(055) 284 02 10

[email protected]

Bazar Ertəsi - Cümə, İş saatları 10:00-19:00